Gəncə Olimpiya İdman Kompleksində ağır atletika üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyinə start verilib.
Kəpəz TV-nin (Region TV) məlumatına görə, yarışda 2001-2002-ci il təvəllüdlü idmançılar çıxış edir. Respublika birinciliyində 14 şəhər və rayonun, o cümlədən Bakı, Sumqayıt və Gəncə kimi şəhərlərin atletləri medallar uğrunda mübarizəyə qoşulub. Bu yaş qrupu üzrə sayca 3-cü dəfə keçirilən ölkə birinciliyi iki ildir ki, ardıcıl olaraq Nizami yurdunda təşkil olunur.
Fəxrəddin İsmayılov, AGİN-in ağır atletika növü üzrə kuratoru: “Azərbaycan bu idman növü üzrə sürətlə inkişaf edir. Hazırda yeniyetmə idmançıların sayı 400 nəfəri keçib. Bir neçə il bundan öncəyə kimi say az idi, hardasa 15-20 idmançı vardı. Amma bu gün fəxrlə sayı açıqlamaq olar”.
Milli.Az