Hesablama Palatası hansı dövlət qurumlarında maliyyə pozuntusu aşkarladı?- SİYAHI

Hesablama Palatası hansı dövlət qurumlarında maliyyə pozuntusu aşkarladı?- SİYAHI
18:29 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan Hesablama Palatası apardığı yoxlamalar nəticəsində maliyyə nöqsanları aşkarlanan və bununla bağlı tədbirlər görülən dövlət qurumlarının adlarını açıqlayıb.

 

APA-nın məlumatına görə, Palatanın 2014-cü ildəki fəaliyyətinə dair hesabatında Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Turizm, Gənclər və İdman, Səhiyyə nazirliklərində, o cümlədənQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində, Dövlət Sosial Müdafiə Fondunda, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə, “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətində və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində müvafiq audit yoxlamaları apararaq, maliyyə nöqsanları aşkarlayıb.

Hər bir audit yoxlamanın nəticələri Milli Məclisə təqdim olunub.

Bununla bağlı qeyd olunan qurumlar üzrə müvafiq tədbirlər görülüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198537

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR