Azərbaycanlı tələbələrin hazırladığı layihə Rusiyada birinci yerə layiq görülüb

Azərbaycanlı tələbələrin hazırladığı layihə Rusiyada birinci yerə layiq görülüb
02:52 23 Noyabr 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə. 23 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Aqrar Universitetinin layihəsi Rusiyada birinci yerə layiq görülüb.
Bu barədə "Report"un Qərb bürosuna universitetdən məlumat verilib.
Məlumata görə, universitetin mühəndislik fakültəsinin dosenti Şahlar Babayevin rəhbərliyi ilə tələbələr Ayaz Hüseynli və Rüstəm Zahirov tərəfindən hazırlanmış, Rusiya Federasiyasının İ.İ.Vavilov adına Saratov Dövlət Aqrar Universitetində keçirilmiş “Mənim gələcək peşəm” adlı Beynəlxalq Tələbə Olimpiadasına təqdim olunmuş "Otaqlara dolmuş arzuolunmaz qazları və çirkli havanı təmizləyən qurğu" adlı material olimpiadanın münsiflər heyəti tətəfindən yüksək qiymətləndirilib. Hər iki nominasiya - təqdim olunan sənədli video çarxı və innovasiyalı slayd istiqamətləri üzrə birinci dərəcəli diploma layiq görülüb.
Layihənin rəhbəri, dosent Şahlar Babayev fəxri fərman, tələbələr isə təşəkkürnamə ilə təltif olunublar.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/azerbaycanli-telebelerin-hazirladigi-layihe-rusiyada-birinci-yere-layiq-gorulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR