Xızıda 97 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Xızıda 97 ədəd partlamamış hərbi sursat aşkarlanıb
03:17 23 Noyabr 2017
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.
ANAMA-dan "Report"a verilən məlumaata görə, 97 ədəd partlamamış hərbi sursat, 192 ədəd partlamış-yanmış mərmi qalıqları və 468 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 197 000 kv.m (19.70 ha) ərazi yoxlanılmışdır.
Ümumiyyətlə, 77 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 15 ferma ərazisinə, 44 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin və Bakı-Rostov dəmiryolunun Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilmiş, 19 591 ədəd partlamamış hərbi sursat (PHS), 9 151 ədəd partlamış-yanmış sursat qalıqları və 69 838 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 69 631 785 kv.m (6 963 ha) ərazi yoxlanılmışdır.
Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılmışdır.

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/xizida-97-eded-partlamamis-herbi-sursat-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR