Qaradağ ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb

18:33 7 Aprel 2015
53 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Aprelin 6-da saat 16.00 radələrində paytaxtın Qaradağ rayonu ərazisində “Daewoo” markalı 10-TG-188 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Cahid Babayevin idarəetməni itirərək yolu kənarında dayanmış, Zakir Mirzəyevin idarə etdiyi “Mersedes-Benz” markalı 10-UP-246 dövlət qeydiyyat nişanlı, Polad Nuriyevin sürdüyü “Daewoo” markalı 10-TF-967 dövlət qeydiyyat nişanlı avtobusları və Yunis Kazımovun idarə etdiyi “Opel Vectra” markalı 99-FK-907 dövlət qeydiyyat nişanlı avtomobili vurması nəticəsində P.Nuriyevin aldığı xəsarətlərdən xəstəxanada ölməsi, Z.Mirzəyevin, habelə avtobusda olan sərnişinlərin xəsarət almaları faktına görə rayon polis idarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.
Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, aparılan istintaq zamanı qeyd olunan yol nəqliyyat hadisəsinin C.Babayev tərəfindən törədilməsində kifayət qədər əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qaradag_erazisinde_bas_vermis_yol_neqliyyat_hadisesi_ile_bagli_cinayet_isi_baslanib-844329

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR