Türkiyə və İran əmtəə dövriyyəsini 30 milyard dollara çatdırmaq istəyirlər

Türkiyə və İran əmtəə dövriyyəsini 30 milyard dollara çatdırmaq istəyirlər
17:37 7 Aprel 2015
41 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə və İran ikitərəfli əmtəə dövriyyəsini illik 30 milyard ABŞ dollarına çatdırmaq niyyətindədirlər
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tehranda İran prezidenti Həsən Ruhani ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda iki ölkə arasında əmtəə dövriyyəsi 14 milyard dolları keçmir ki, bu da qənaətbəxş deyil.

R.T.Ərdoğan vurğulayıb ki, İran və Türkiyə ticarəti öz milli valyutaları ilə aparmalıdırlar.

Qeyd edək ki, Türkiyə prezidentinin İrana səfəri çərçivəsində tərəflər arasında 8 hökumətlərarası saziş imzalanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/333308.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR