OPEK + neft istehsalını azalda bilər

OPEK + neft istehsalını azalda bilər
08:17 23 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

Noyabrın 30-da OPEK + ölkələri Avstriyanın paytaxtı Vyanada neftin istehsal həcminin azaldılmasına dair razılaşmanı 2018-ci lin sonunadək uzada bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Venesuelanın neft naziri Euloxio del Pino deyib.
"Neft ehtiyatlarının artıq qalan hissəsi 100 milyon barrel həcmini üstələyir. Aydın məsələdir ki, üzümüzə gələn mövsümdə biz bu göstəricini aşağı (5 llik normayadək - red) sala bilməyəcəyik. Bu səbəbdən neftin istehsal həcminin azaldılmasına aid razılaşmanın uzadılmasına dair qərar gələn həftə verilə bilər", - deyə nazir bildirib.
OPEK-ə üzv və qeyri-üzv ölkələrin geniş tərkibli konfransı Vyanada, noyabrın 30-a baş tutacaq. Məlumata görə, nazirlər adıçəkilən razılaşmanın gələn il martdan sonrakı taleyini müzakirə edəcək.
Qeyd edək ki, neftin istehsal həcmlərinin azaldılmasına dair razılaşma 2018-ci ilin martinda bitir.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/601797.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR