Xızıda 97 ədəd partlamamış hərbi sursat aşkarlanıb - FOTO

Xızıda 97 ədəd partlamamış hərbi sursat aşkarlanıb - FOTO
08:22 23 Noyabr 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.

ANAMA-dan Milli.Az-a verilən məlumata görə, 97 ədəd partlamamış hərbi sursat, 192 ədəd partlamış-yanmış mərmi qalıqları və 468 kq yandırma məhsulu aşkar edilib, 197000 kv.m ərazi yoxlanılıb.
Ümumiyyətlə, 77 gün ərzində bir sıra ərazilərə baxış keçirilib, 19591 ədəd partlamamış hərbi sursat (PHS), 9151 ədəd partlamış-yanmış sursat qalıqları və 69 838 kq yandırma məhsulu aşkar edilib, 69631 785 kv.m ərazi yoxlanılıb.
Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/601798.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR