Smartfon istifadəçiləri ən çox hansı brauzerdən istifadə edir?

Smartfon istifadəçiləri ən çox hansı brauzerdən istifadə edir?
08:22 23 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

"Androidpolice" nəşri öz oxucuları  arasında sorğu keçirib. Sorğunun məqsədi ən populyar brauzeri müəyyənləşdirmək olub. Sözügedən nəşr 5 brauzerdən birinə səs verməyi təklif edib: "Samsung Internet" (Browser), "Mozilla Firefox", "Opera Mini / Mobile", "Safari" və "Google Chrome".

Milli.Az ICTnews-a istinadən bildirir ki, rəyi soruşulanların 63%-i "Google Chrome" brauzerinin lehinə səs veriblər. "Samsung Internet" brauzeri səslərin sayına görə ikinci yeri tutub.  12% səs toplamış "Firefox" brauzeri ilk üçlükdə qərarlaşıb.

Qeyd edək ki, bütün veb brauzerlər funksionallığına görə bir-birini, demək olar ki, təkrarlayır. Ancaq bəzi fərdi xüsusiyyətlər brauzeri istifadəçilər üçün daha cəlbedici edir. İnterfeysin yüngüllüyü, həmçinin böyük əhəmiyyət kəsb edir.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://news.milli.az/mobilt/601340.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR