Təhsil naziri Şəmkirdə vətəndaşları qəbul edəcək

18:38 7 Aprel 2015
59 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Təhsil naziri Mikayıl Cabbarov aprelin 13-də saat 11.00-da Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin aprelində şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Şəmkir, Tovuz, Qazax, Ağstafa və Gədəbəy rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qəbula gəlmək istəyən vətəndaşlar aprelin 7, 8, 9 və 10-da bu qurumun Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyətı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tehsil_naziri_Semkirde_vetendaslari_qebul_edecek-844334

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR