Bakıda avtomobil ahıl qadını vuraraq hadisə yerindən qaçıb

Bakıda avtomobil ahıl qadını vuraraq hadisə yerindən qaçıb
08:37 23 Noyabr 2017
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Bakıda ahıl qadını avtomobil vuraraq qaçıb.
"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.
Balaxanı qəsəbəsində yolu keçmək istəyən 1956-ci il təvəllüdlü Babayeva Rəfiqə Fərhad qızını minik avtomobili vurub. Yaralı ağır xəsarət alıb. 
Hadisəni törədən sürücü yaralıya kömək göstərmək əvəzinə, hadisə yerini avtomobili ilə birlikdə tərk edib. Yaralı təcili yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-avtomobil-ahil-qadini-vuraraq-hadise-yerinden-qacib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR