Şamaxıda “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyinin qalibi müəyyənləşib

Şamaxıda “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyinin qalibi müəyyənləşib
18:38 7 Aprel 2015
367 Ölkə
Ölkə mətbuatı
A- A+


Şamaxı, 7 aprel, AZƏRTAC
Şamaxıda yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynayan “Şahin” hərbi idman oyunu üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, Şamaxı şəhərindəki Heydər Əliyev parkında təşkil olunan oyuna 21 məktəb üzrə 252 nəfər şagird cəlb edilib. Yarış sıra hazırlığı üzrə keçirilib.
Çoxsaylı tamaşaçının böyük maraqla izlədiyi rayon birinciliyində Məlhəm kənd tam orta məktəbin komandası qalib gələrək Kürdəmir rayonunda keçiriləcək zona birinciliyinə vəsiqə qazanıb.
Qalib komandaya Şamaxı rayon Gənclər və İdman İdarəsinin diplomu verilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Samaxida_Sahin_herbi_idman_oyunu_uzre_rayon_birinciliyinin_qalibi_mueyyenlesib-844332

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR