“Apple” özü çürüyən “iPhone” yaradacaq

“Apple” özü çürüyən “iPhone” yaradacaq
08:47 23 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

"Apple" korporasiyası ətraf mühitin təmizliyi uğrunda mübarizədə misli görünməmiş bir addım atmaq istəyir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, şirkət təbiətə ziyan vurmadan zaman-zaman özü çürüyən "iPhone" və "MacBook" yaradacaq.
 
Bunun üçün "Apple" rəhbərliyi cihazların istehsalı zamanı biomateriallara keçmək niyyətindədir. Şirkətdə qeyd ediblər ki, gələcəkdə cihazlarda istifadə olunan özü çürüyə bilən komponentlərin tərkibini 100 faizə çatdırmaq niyyətindədirlər. Həmçinin cihazların yaradılması üçün ikinci əl istifadə edilmiş maddələrdən yararlanmaq təklif edilir. Şirkətdə ən böyük problemi "Apple" cihazlarının akkumulyatorlarında toksik materialların əvəz edilməsində görürlər.
 
Bundan öncə isə bildirilib ki, 2018-ci ildə "Apple" birdən-birə özünün populyar "iPhone X" smartfonunun üç variantını təqdim edəcək. Müxtəlif qiymətlərdə olacaq cihazlar 5,8, 6,1 və 6,5 düym həcmli displeylərə malik olacaqlar. Cihazların funksiyası və texniki içliyi əsasən orijinal modellərdə olduğu kimi eyni qalacaq.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://news.milli.az/mobilt/601352.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR