"Rusiya Polşaya gündə 14,5 min kiberhücum təşkil edir" - Polşa radiosu

"Rusiya Polşaya gündə 14,5 min kiberhücum təşkil edir" - Polşa radiosu
08:52 23 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

Rusiya hakerləri Polşa hökumət saytlarına gün ərzində 14,5 min dəfə hücum edir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Poşa radiosu" məlumat yayıb.
 
"Kreml Qərblə mübarizə cəbhəsini genişləndirir. Təkcə Polşaya qarşı gündə 14,5 min dəfə hücum edirlər", - deyə xəbərdə bildirilib.
 
Rusiyalı hakerlərin son yarım ildə Polşadakı hədəflərə 2,5 milyon kiberhücum təşkil etdiyi xəbər verilir. Polşanın müdafiə naziri Antoni Matsereviç bunun "soyuq" deyil, artıq "isti" müharibənin başlanğıcı olduğunu bəyan edib.
 
Xatırladaq ki, İspaniya hökuməti Rusiyanı sosial şəbəkələr vasitəsilə Kataloniyadakı separatizmi qızışdırmaqda suçlayıb.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/601343.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR