Dövlət bayrağı dirəyini partlatmaqda şübhəli bilinən qadın tutuldu

Dövlət bayrağı dirəyini partlatmaqda şübhəli bilinən qadın tutuldu
18:42 7 Aprel 2015
43 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynada ötən gecə dövlət bayrağı dirəyini partlatmaqda şübhəli bilinən qadın saxlanılıb. O, Rusiya vətəndaşıdır. Trend-in Lenta.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) rəhbərinin müşaviri Markiyan Lubkivski öz Facebook səhifəsində yazıb.

M.Lubkivski bildirib ki, Xarkovda bayraq dirəyinin altında partlayıcı qurğu qoyan həmin qadın qondarma “Donetsk xalq respublikası”nın "dövlət təhlükəsizliyi nazirliyi"nin “Tereza” kod adlı əməkdaşıdır və yerli “antimaydan” hərəkatının aktivistidir. UTX rəhbərinin müşaviri qeyd edib ki, Donetskdəki döyüşlərdə iştirak edən “Tereza” sonradan Xarkova qayıdıb və burada kəşfiyyatçı-diversant kimi fəaliyyət göstərib. Axtarış zamanı qadının üstündən əldəqayırma partlayıcı qurğu, hərbi sursat və antiukrayna simvolikası aşkarlanıb.

Qeyd edək ki, aprelin 7-nə keçən gecə, saat 03:40-da Xarkovun Pravda prospektində baş verən partlayış nəticəsində Ukrayna bayrağının dalğalandığı dirək qismən zədələnib, partlayış dalğası yaxınlıqdakı evlərin şüşələrini sındırıb. Zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/333313.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR