"Çelsi"nin futbolçusu: "Qarabağ"a dörddən çox qol vura bilərdik"

"Çelsi"nin futbolçusu: "Qarabağ"a dörddən çox qol vura bilərdik"
09:02 23 Noyabr 2017
102 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ "Biz hər şeyi səliqəli etdik. Oyunun əvvəllərində rəqibə az qala fərqlənmək imkanı verdik".
"Report"un məlumatına görə, bunu İngiltərənin "Çelsi" klubunun futbolçusu Eden Azar "Qarabağ"ı Bakıda 4:0 hesabı ilə yendikləri Çempionlar Liqasının qrup mərhələsinin V tur matçını dəyərləndirərkən deyib.
Belçikalı yarımmüdafiəçi bildirib ki, Azərbaycan təmsilçisi həmin fürsəti dəyərləndirsəydi, hər şey başqa cür ola bilərdi. Lakin Azarın fikrincə, komandası dörddən çox qol vurmalı idi: "Bu cür yaxşı oyunçularla çıxış etmək asandır. Şənbə günü "Liverpul"la böyük oyunumuz var. Buna görə yaxşı istirahət etməliyik. Qarşıdakı oyuna isə hazır olacağıq".
Qeyd edək ki, Eden Azar "Qarabağ"a 21-ci dəqiqədə penalti zərbəsi ilə qol vurub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/celsi-nin-futbolcusu-qarabag-a-dordden-cox-qol-vura-bilerdik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR