Yaponiyada qrip əleyhinə dərmanlar qadağan edilə bilər - Səbəb

Yaponiyada qrip əleyhinə dərmanlar qadağan edilə bilər - Səbəb
09:32 23 Noyabr 2017
64 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiyanın Səhiyyə, Əmək və Rufah Nazirliyi yaxın vaxtlarda qrip əleyhinə dərmanların qadağan edilməsi barədə qərar qəbul etməyə hazırlaşır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, nazirlik belə bir qərarın verilməsini vacib sayır. Buna səbəb isə son dövrlər qrip əleyhinə həblər atmış xəstələr, xüsusilə uşaqların davranışlarında yaranan qəribəliklərdir. Belə ki, ötən il nazirlik tərəfindən qeydə alınan 54 fakt məlumdur ki, qripə qrip əleyhinə dərmanlar qəbul etmiş xüsusən uşaqlar və yeniyetmələr qəfil həyəcanlanıb qaçmağa başlayıblar, pəncərədən tullanmağa cəhd ediblər.

Qeyd edək ki, daha öncə "Tamiflu" adlı dərmanla bağlı belə risklərin olması barədə xəbərlər yayılmışdı. Həmin dərmanın Yaponiyada uşaq və yeniyetmələrə istifadəsi məqbul sayılmır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/601805.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR