Azərbaycan aliminin Moskva Dövlət Universitetində elmi məruzəsi maraqla qarşılanıb

18:48 7 Aprel 2015
95 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun diferensial tənliklər şöbəsinin müdiri, professor Əkbər Əliyev Moskvada elmi ezamiyyətdə olub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, professor Ə.Əliyev Moskva Dövlət Universitetin hesablama riyaziyyatı və kibernetika fakültəsində “Diferensial operatorların spektral nəzəriyyəsi və riyazi fizikanın aktual problemləri” mövzusunda seminarda iştirak edib.
Akademik E.Moiseyeven və professor İ.Lomovun rəhbərlik etdikləri seminarda Azərbaycan aliminin “Yarımxətti Kleyn-Qordon sistemi üçün qlobal həllərin varlığı” mövzusunda məruzəsi maraqla qarşılanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_aliminin_Moskva_Dovlet_Universitetinde_elmi_meruzesi_maraqla_qarsilanib-844338

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR