Britaniyanın nəhəng iqtisadi güclərin siyahısında reytinqi düşdü - Beşlikdən çıxdı

Britaniyanın nəhəng iqtisadi güclərin siyahısında reytinqi düşdü - Beşlikdən çıxdı
11:17 23 Noyabr 2017
68 Dünya
Ölkə mətbuatı
A- A+

Böyük Britaniya 2017-ci il üzrə dünyanın ən nəhəng iqtisadi güclərinin siyahısında yerini itirərək beşlikdən çıxıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xəzinədarlıq İdarəsinin kansleri Filip Xemmond Beynəlxaql Valyuta Fondunun məlumatlarına istindən xəbər verib.

Reytinqdə Fransa Böyük Britaniyanı 2,575 trilyon dollar ÜDM göstəricisi ilə qabaqlayıb. Müvafiq olaraq Britaniyada isə ÜDM göstəricisi 2,565n trilyon olub.

F.Xemmond bildirib ki, statistika Böyük Britaniyada iqtisadi artımın kəskin zəifləməsindən xəbər verir. Onun sözlərinə görə, bu, ölkənin Avropa İttifaqından çıxma qproseduru ilə bağlıdır.

Reytinqdə birinci yerdə ABŞ (19,4 trilyon dollar), ikinci yerdə Çin (11,9 trilyon), üçüncü yerdə Yaponiya (4,9 trilyon), dördüncü yerdə isə Almaniya (3,7 trilyon) qərarlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/601851.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR