Qrip əleyhinə dərmanlar QADAĞAN EDİLDİ: İçənlər özlərini pəncərədən atmaq istəyirlər

Qrip əleyhinə dərmanlar QADAĞAN EDİLDİ: İçənlər özlərini pəncərədən atmaq istəyirlər
11:23 23 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

Yaponiyada qrip əleyhinə ən çox istifadə edilən dərman preparatları apteklərdən yığışdırılır.

Publika.az xəbər verir ki, bu barədə, Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi məlumat yayıb. Məlumatda görə, son dövrlərdə ölkədə davamlı istifadə edilən dərmanlar qeyri-adi reaksiyalara səbəb olur. Xüsusilə də azyaşlı uşaqların soyuqdəymə əleyhinə təyin edilən dərmanları qəbul etdikdən sonra qəribə davranışlar sərgilədikləri müşahidə edilib.

Nazirlik dərmanların tərkibində hər hansı bir qatqının olduğundan şübhələnir. Bu səbəbdən də, yaxın günlərdə belə bir qərarın rəsmi olaraq təsdiqlənəcəyi bildirilib.

Sözügedən problemlə bağlı 54 şikayət daxil olub. Soyuqdəymə əleyhinə dərman preparatlarını qəbul edən şəxslər özlərini pəncərədən atmağa belə cəhd ediblər.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/221789.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR