Əfqanıstan prezidenti Bakıya səfər edəcək

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycana səfər edəcək.

Bu barədə diplomatik mənbə məlumat verib.

Diplomatik mənbə bildirib ki, Əfqanıstan Prezidentinin Bakıya səfəri noyabrın 30-da baş tutacaq.

Məlumata əsasən, M.Ə.Qani 30 noyabr-1 dekabr tarixlərində Bakıda keçiriləcək "Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransında iştirak edəcək. //Trend

“İki ölkə arasında əlaqələr dostluq və qardaşlıq mərhələsindədir" - Səfirlə MÜSAHİBƏ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR