"Dağlıq Qarabağdakı qondarma rejimi tanımırıq"

"Bizim mövqeyimiz aydındır. Biz Dağlıq Qarabağdakı qondarma rejimi tanımırıq".

Metbuat.az xəbər verir ki, bunu Fransanın Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər. Fransa XİN-dən bu ölkənin Azərbaycandakı səfirliyi vasitəsilə qeyd edilib ki, hökumət Alforvil bələdiyyəsi tərəfindən imzalanan "xartiya"ya riayət etməyə məcbur deyil.

Xatırladaq ki, bir neçə gün əvvəl Fransanın Alforvil kommunası ilə Ermənistanın işğalı altında olan Azərbaycanın Laçın rayonu arasında "dostluq xartiyası" imzalanıb. Tədbirdə Alforvil meri Mişel Gerşinovitz, Ara Torayan, deputatlar, bələdiyyə üzvləri, Ermənistanın Parisdəki səfiri, Dağlıq Qarabağ separatçılarının Fransadakı "daimi nümayəndəsi" Hovanes Gevorkyan və Laçının "meri" Artyom Sarıbekyan iştirak ediblər.

“Meydanda məğlub olsaq da, mübarizədə uduzmadıq” Qurban Qurbanov - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR