Azərbaycan Moskvada "Nar Bayramı"nı təşkil edəcək

Azərbaycan Moskvada "Nar Bayramı"nı təşkil edəcək
11:57 23 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Moskvanın Taqansk parkında noyabrın 25-də Azərbaycan diasporunun dəstəyi ilə "Nar Bayramı" keçiriləcək. 
"Report" xəbər verir ki, moskvalılara və paytaxtın qonaqlarına nardan hazırlanmış içki və yeməklər təklif olunacaq.
Bununla yanaşı, qonaqlar Azərbaycanın milli mətbəxi, mədəniyyəti, incəsənəti, maraqlı tarixi faktları, dövlət dili və ədəbiyyatı ilə tanış ola biləcəklər.
Tədbirdə həmçinin Azərbaycan kollektivlərinin və artistlərinin iştirakı ilə konsert baş tutacaq, uşaqlar  meydançada animatorlarla vaxt keçirəcəklər.
Günün əsas hadisəsi "Nar Kralının və Kraliçanın" seçilməsi olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/azerbaycan-moskvada-nar-bayrami-ni-teskil-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR