Play Store

Bakı Metropoliteni bu məlumatı az öncə açıqladı - 39500 nəfər..

Noyabrın 22-də "Qarabağ - Çelsi" oyunu ərəfəsində Bakı Metropoliteninin stansiyaları ilə gündəlik göstəricidən 40 minə yaxın artıq sərnişin daşınıb.

Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Mətbuat Xidməti rəhbərinin sözlərinə görə, futbolu izləməyə gedən azarkeşlər əsasən metrodan istifadə ediblər: "Noyabrın 22-də olan sərnişindaşıma ilə əvvəlki günləri müqayisə etdik. Məlum oldu ki, həmin gün təxminən 39 500 artıq sərnişin daşımışıq".

Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda "Qarabağ" - "Çelsi" qarşılaşması keçirilib. Oyun 0:4 hesabı ilə yekunlaşıb. //Trend

İş axtaranların nəzərinə! - Vakansiya var - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR