Play Store

Fələstində “Əl-Fətih”lə “Həmas” razılığa gəldi - 2018-ci ildə olacaq...

Fələstində siyasi partiyalar 2018-ci ildə ümumi seçkilər keçirmək üçün razılığa gəliblər.

Metbuat.az-ın məlumatına görə, razılıq, “Əl-Fətih” və “Həmas” arasında uzun müddətdir davam edən gərginliyin sona çatması baxımından vacibdir.

“Əl-Fətih” və “Həmas” da daxil olmaqla 13 siyasi partiyanın nümayəndələri Misirin paytaxtı Qahirədə məsələ ilə bağlı 2 gün bağlı qapılar arxasında müzakirə aparıblar. Müzakirələrdən sonra ortaq açıqlamada bildirilib ki, seçkilərin gələn il keçirilməsi ilə bağlı razılıq əldə olunub. Bu səbəbdən, Fələstin Seçki Kabinetindən hazırlıqlara başlanması istənilib. Seçki tarixini Fələstin Muxtariyyətinin və “Əl-Fətih”in lideri Mahmud Abbas təyin edəcək.

Qeyd edək ki, “Həmas” ötən ay 2007-ci ildən bəri nəzarət etdikləri Qəzza Zolağının nəzarətinin Misirlə aralarındakı Refah Sərhəd keçid məntəqəsi ilə birgə Fələstin Muxtariyyətinin rəhbərliyinə verəcəklərini açıqlamışdı. 2006-cı ildən bəri Fələstin Muxtariyyətinin nəzarətində olan ərazilərdə heç bir seçki keçirilməyib. “Həmas” seçkiləri qazanmışdı, “Əl-Fətih” isə seçkinin nəticələrini tanımırdı.

Fələstin Muxtariyyətinin lideri Mahmud Abbas “Həmas”ın silahsız olmağını istəyib, partiya və hərbi qanadı isə hələ ki, bunu, qəbul etməyib. İsrail isə bildirib ki, “Həmas” silahı təhvil vermədən hökumətə daxil olarsa, Fələstin hökuməti ilə danışıqlar aparmayacaq. İsraildən əlavə, ABŞ və Avropa Birliyi də “Həmas”ı terror təşkilatı kimi görür.

Digər tərəfdən, Fələstin Muxtariyyəti ABŞ-la bütün əlaqələri dayandırdığını və Vaşinqtondakı ofisi bağladıqlarını açıqlayıb. Mahmud Abbasın sözçüsü Nabil Əbu Rudayna bildirib ki, ABŞ onlara qarşı qəbul edilməyəcək tədbirlər görür. ABŞ dövlət katibi Reks Tillerson ötən həftə açıqlamasında bildirib ki, Fələstinin Vaşinqtondakı ofisinin səlahiyyətliləri Amerika qaydalarına əməl etməyərək, İsrailin törətdiyi cinayəti araşdırmaq üçün Beynəlxalq Cəza Məhkəməsinə müraciət ediblər. O, bununla da ofisin fəaliyyətini dayandıra biləcəkləri mesajını verib.

ABŞ qanunlarına görə, ofisdəkilərin iş icazəsi 6 aydan bir yenilənir. ABŞ Dövlət Departamentinin sözçüsü Hezer Nauert isə bildirib ki, ofisin açıq qalmağını istəyirlər, bu səbəbdən Fələstin rəhbərliyi ilə danışıqlar davam edir.

Günay Elşadqızı / METBUAT.AZ

Avstraliyadakı miqrantların düşərgəsi dağıdılacaq - FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR