2018-ci ildə 1,5 milyarddan çox smartfon satılacaq

2018-ci ildə 1,5 milyarddan çox smartfon satılacaq
12:35 23 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

“Digitimes” analitik agentliyinin hesabatına əsasən, 2018-ci ildə qlobal smartfon satışının həcmi 1,5 milyardı ötəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “life.ru saytına istinadən yazır ki, çinli analitiklərin məlumatına görə, 2017-ci ilin sonunadək təxminən 1,43 milyard telefon satılacaq. 2018-ci ildə bu göstərici təxminən 5% artacaq. Ekspertlər əmindirlər ki, ən çox smartfon Cənub-Şərqi Asiya, Cənubi Amerika və Afrikanın inkişaf etməkdə olan bazarlarında satılacaq. 2018- 2022-ci illərdə satılmış smartfonların sayı ildə 60-70 milyon artacaq.

ABŞ-ın “Apple” şirkəti və Finlandiyanın “Nokia” şirkətini nəzərə almasaq, smartfonların əksəriyyəti Asiya şirkətləri tərəfindən istehsal edilir. Proqnozlara görə, Çinin “Huawei”, “Oppo” və “Vivo” şirkətləri artıq bu il qlobal smartfon istehsalçılarının reytinqində müvafiq olaraq üçüncü, dördüncü və beşinci yerləri tutacaqlar.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-51402-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR