Türkmənistanın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə Azərbaycanın bəzi ali məktəblərinin tələbələri arasında idman yarışları keçirilib

Türkmənistanın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə Azərbaycanın bəzi ali məktəblərinin tələbələri arasında idman yarışları keçirilib
17:58 7 Aprel 2015
42 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel AZƏRTAC
Aprelin 7-də Türkmənistanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) idman kompleksində futbol, qısa məsafələrə (100 metr) qaçış və turnikdə dartılma növləri üzrə idman yarışları keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkmənistanın bitərəfliyinin beynəlxalq aləmdə tanınmasının 20-ci ildönümünə və “Sağlamlıq və xoşbəxtlik ayı”na həsr edilmiş bu yarışlarda 6 komanda, o cümlədən ADNA-nın, ADA Universitetinin, Bakı Ali Neft Mərkəzinin, Sumqayıt Dövlət Universitetinin (SDU), “Qafqaz” Universitetinin komandaları, habelə Azərbaycanda təhsil alan türkmənistanlı tələbələrdən ibarət “Yaşlık” komandası iştirak edib.
Qaliblərin mükafatlandırılması mərasimində Türkmənistanın ölkəmizdəki səfiri Toyli Komekov və adları çəkilən ali məktəblərin rəhbərləri iştirak ediblər. Səfir qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmliyinə dəlalət edir. O, dövlətlərarası münasibətlərin gələcəkdə daha uğurla inkişaf edəcəyinə əmin olduğunu bildirib.
Futbol yarışlarının qalibi ADNA komandası olub. Qısa məsafələrə qaçış üzrə birinci yeri “Yaşlık” komandası, turnikdə dartılma yarışlarında isə Sumqayıt Dövlət Universitetinin tələbəsi Faiq Abdullayev birinci yeri tutub. Kərim Süleymanov (ADA) “Ən yaxşı oyuna görə”, Perxan Artıkov isə “Ən yaxşı qapıçı keyfiyyətlərinə görə” mükafatlandırılıb.
Qaliblərə kuboklar və diplomlar təqdim edilib.







Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkmenistanin_olkemizdeki_sefirliyinin_tesebbusu_ile_Azerbaycanin_bezi_ali_mekteblerinin_telebeleri_arasinda_idman_yarislari_kechirilib-844345

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR