Yüksək Səviyyəli İşçi Qrupunun - İclas keçirildi

BerlinAlmaniya-Azərbaycan Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupunun 7-ci iclası keçirilib.

Azərbaycanın Almaniyadakı səfirliyindən Metbuat.az-a verilən məlumata görə, iclasda İşçi Qrupunun həmsədri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin aparatının rəhbəri Səmir Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. Azərbaycan nümayəndə heyəti Azərbaycan İqtisadiyyat Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Alternativ və Bərpa Olunan Enerji üzrə Dövlət Agentliyi,SOCAR və Azərbaycan İnvestisiya Şirkətinin rəsmilərindən ibarət olub.

İclasda Almaniyanı İşçi Qrupun həmsədri, Federal İqtisadiyyat və Energetika Nazirliyinin Xarici İqtisadi Siyasət İdarəsinin baş direktoruEkhardFrantsın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Almaniyan nümayəndə heyətinə müxtəlif federal nazirliklərin nümayəndələri, eləcə də Alman İqtisadiyyatının Şərq Komitəsinin, Şərqi Avropa Biznes Assosiasiyasının, Alman-Azərbaycan Xarici Ticarət Palatasının, Almaniya Ticarət və İnvestisiya Agentliyinin təmsilçiləri daxil olub.

İclas zamanı Azərbaycan və Almaniya arasında iqtisadi münasibətlər, eləcə də ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bu xüsusda, enerji sektorunda, enerjiyə qənaət və alternativ enerji, təhsil, menecer təlimi, əczaçılıq, kənd təsərrüfatı, turizm və inkişaf naminə tərəfdaşlıq sahələrində əməkdaşlıq ətrafında müzakirələr keçirilib.

Azərbaycan Respublikasının Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov İşçi Qrupun iclasında iştirak edib. Görüşün sonunda İşçi Qrupun 8-ci iclasının 2018-ci ilin payızında Bakıda keçirilməsi razılaşdırılıb.

Günay Elşadqızı / METBUAT.AZ

“İki ölkə arasında əlaqələr dostluq və qardaşlıq mərhələsindədir" - Səfirlə MÜSAHİBƏ

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR