Play Store

Matç zamanı 30 mindən artıq sərnişin daşınıb - “Qarabağ” - “Çelsi”

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Çelsi” futbol qarşılaşması günü Bakı Nəqliyyat Agentliyi (BNA) sərnişindaşıma ilə bağlı nəzərdə tutulan tədbirləri tam şəkildə yerinə yetirib.

Bu barədə Metbuat/az-a BNA-nın İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, oyun günü Bakı Olimpiya Stadionundan müəyyən olunmuş istiqamətlərdə (metronun “Qara Qarayev”, “28 May” və “20 Yanvar” stansiyalarına) fəaliyyət göstərən ekspress xətt avtobusları ilə ümumilikdə 30 010 sərnişin daşınıb: "Prosesə 442 sərniışin avtobusu cəlb edilib. Bununla yanaşı, Oyun günü “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən (saat 21:30-dan 00:00-dək müddətdə) 31 sayda marşrut xətti üzrə 10 000 nəfərdən çox sərnişinin daşınması təmin edilib".

O qeyd edib: "BNA sərnişindaşıma prosesinin həyata keçirilməsində göstərdikləri dəstəyə görə, Daxili İşlər Nazirliyinə, eləcə də müntəzəm sərnişdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə təşəkkürünü bildirir. Eyni zamanda, göstərdikləri səbr və anlayış üçün azarkeşlərə minnətdarıq. UEFA Çempionlar Liqasında ölkəmizi uğurla təmsil edən “Qarabağ” futbol komandasına isə gələcəkdə parlaq qələbələr arzulayırıq".

Qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq edildi... - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR