Tomsk alimləri unikal lazer işləyib hazırlayıblar

Tomsk alimləri unikal lazer işləyib hazırlayıblar
19:03 7 Aprel 2015
46 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Tomsk alimləri havada toksin, partlayıcı maddə və narkotik maddə hissəciklərini tapmağa qabil olan unikal lazer işləyib hazırlayıblar. Lazer spektrin çox geniş diapazonunda uzun diskret dalğalarda lazer generasiyası almağa imkan verən nadir mənbədir. “Newsland” portalının yazdığına görə, qurğudan müxtəlif sahələrdə istifadə etmək olar.
Unikal lazerin tətbiqi operativ şəkildə atmosferin qaz mühitini analiz etməyə və onun tərkibindəki müxtəlif çirkləndirici qatışıqların miqdarını müəyyən etməyə imkan verir. Bu, havanın çirklənməsinin inkişafını bir neçə il əvvəl proqnozlaşdırmağa imkan verir. Alimlər atmosferin müəyyən meteoroloji parametrlərini yerinə yetirmək, orada zəhərli maddələr, toksinlər və narkotik maddələr tapmaq imkanı əldə edirlər.
Mütəxəssislərin fikrincə, lazer ilk növbədə ekoloqlara və iri sənaye müəssisələrinə fayda gətirəcək. O, istehsalı insan və ətraf mühit üçün daha təhlükəsiz etməyə imkan verəcək. Sənaye təşkilatları atmosferə tullanan təhlükəli maddələrin siyahısını öyrənəcəklər. Lazer müxtəlif texniki qurğuların işini öyrənmək üçün əla vasitədir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tomsk_alimleri_unikal_lazer_isleyib_hazirlayiblar-844347

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR