Rəcəb Tayyib Ərdoğan 65 ildən sonra ilkə imza atacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana səfər edəcək.

Metbuat.az-ın məlumatına görə, Baş nazirin müavini Hakan Çavuşoğlu bildirib ki, R.T.Ərdoğan 65 ildən sonra Yunanıstana səfər edəcək ilk Türkiyə prezidenti olacaq: “Ya iki ölkə birlikdə iş birliyini təmin edəcəyik, bölgənin güclü iki ölkəsi olacağıq, ya da bu böhran davam edəcək”.

Hakan Çavuşoğlu səfərin yaxın günlərdə baş tutacağını bildirib: “Üç konkret layihə var - bunlardan birincisi, İzmirdən Selanikə insan və yük aparmaq üçün sürətli qayıq səfərləri, ikincisi, İstanbuldan Selanikə sürətli qatar xəttinin tikintisi, üçüncüsü isə Kipi və İpsala gömrük qapılarına körpü tikməkdir”.

Baş nazirin köməkçisi prezident Ərdoğanın Yunanıstana səfərinin iki ölkə arasındakı əlaqələri daha yaxşı səviyyəyə çatdıracağını bildirib.

Günay Elşadqızı / METBUAT.AZ

“Bu, münaqişənin həlli prosesinə arxadan vurulan zərbədir” - Elman Nəsirov

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR