Moskva birjasında avronun məzənnəsi noyabrın 27-dən bəri ilk dəfə 60 rubldan aşağı enib

Moskva birjasında avronun məzənnəsi noyabrın 27-dən bəri ilk dəfə 60 rubldan aşağı enib
19:08 7 Aprel 2015
108 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Moskva birjasında avronun məzənnəsi 69 qəpik ucuzlaşaraq 59,9 rubla qədər enib. Bu, 2014-cü il noyabrın 27-dən bəri rublun ən yüksək göstəricisidir. Bundan başqa, dolların məzənnəsi də 28 qəpik aşağı düşərək 55,21 rubla enib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, neft qiymətlərinin dünənki 6 faizlik bahalaşmasından sonrakı enişinə baxmayaraq, rublun məzənnəsi yüksəlməkdə davam edir. Belə ki, aprelin 7-də Londonun ICE birjasında brent markalı neftin barrelinin may fyuçerslərinin qiyməti 0,38 faiz ucuzlaşaraq 57,9 dollardan satılıb.
Rusiya Bankının sədri Elvira Nabiullinanın sözlərinə görə, rublun kursunun möhkəmlənməsi neft qiymətlərinin sabitləşməsi və xarici borcların ödəniş pikinin başa çatması ilə əlaqədardır. O, həmçinin Mərkəzi Bankın 2016-cı ilin mart ayında inflyasiya səviyyəsinin kəskin azalaraq 9 faizə çatmasını proqnozlaşdırdığını bildirib. Rusiyanın maliyyə naziri Anton Siluanov isə öz növbəsində hesab edir ki, 2015-ci ildə inflyasiya 12 faizdən az olacaq.
Bundan başqa, Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi ölkə iqtisadiyyatının 2015-ci ilin III kvartalından başlayaraq inkişafa doğru meyl edəcəyini gözləyir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Moskva_birjasinda_avronun_mezennesi_noyabrin_27_den_beri_ilk_defe_60_rubldan_asagi_enib-844355

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR