Azərbaycanın IV İslam Oyunlarına ev sahibliyi ilə bağlı müqavilə imzalanıb

Azərbaycanın IV İslam Oyunlarına ev sahibliyi ilə bağlı müqavilə imzalanıb
18:09 7 Aprel 2015
238 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi ilə bağlı müqavilə imzalanıb.

 

Apasport.az saytının xəbərinə görə, bu münasibətlə təşkil olunan tədbirdə müqaviləni İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti, Səudiyyə Ərəbistanının gənclər və idman naziri, Səudiyyə Ərəbistanının Olimpiya Komitəsinin prezidenti, şahzadə Abdullah bin Mosaad bin Əbduləziz əl-Səud, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və gənclər və idman naziri Azad Rəhimov imzalayıblar.

 

Qeyd edək ki, 2013-cü ilin iyulunda Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının Baş Assambleyasında Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək hüququ barədə qərar qəbul olunub.

 

İslam Həmrəylik Oyunları 2017-ci il iyunun 23-dən iyulun 2-dək keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198542

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR