Lerikdə “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində 50 mindən çox ağac əkiləcək

Lerikdə “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində 50 mindən çox ağac əkiləcək
19:13 7 Aprel 2015
192 Ölkə
Ölkə mətbuatı
A- A+


Lerik, 7 aprel, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Lerik rayonunda ağacəkmə kampaniyası uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, növbəti ağacəkmə aksiyasında rayonun Piran, Noda, Cəngəmiran, Blaband, Qosmalian, Kələxan ərazi icra nümayəndəliklərində, Lənkəran-Lerik avtomobil yolunun 48-54 kilometrliyində, Noda-Günəşli və Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun kənarlarında 1200 ədəd müxtəlif növ ağac əkilib.
Ağacəkmə aksiyasında, həmçinin rayon meşə mühafizəsi və bərpası müəssisəsinin kollektivi tərəfindən dövlət meşə fondu torpaqlarında - Razvandaband, Vizəzəmin, Gürdəsər və Lerik meşəbəyliklərində akasiya, qoz, ağcaqayın, göyrüş, katolba növündən 40 mindən çox ağac əkilib.
Qeyd edək ki, Lerikdə “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində 50 mindən çox ağacın əkilməsi nəzərdə tutulub.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lerikde_Umumrespublika_yasillasdirma_marafonu_cherchivesinde_50_minden_chox_agac_ekilecek-844361

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR