Gəncə məktəbliləri Ulu Öndərin irsinin öyrənilməsinə böyük maraq göstərirlər

Gəncə məktəbliləri Ulu Öndərin irsinin öyrənilməsinə böyük maraq göstərirlər
19:13 7 Aprel 2015
215 Ölkə
Ölkə mətbuatı
A- A+


Gəncə, 7 aprel, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında gördüyü işlər Gəncə məktəbliləri tərəfindən maraqla öyrənilir.
AZƏRTAC xəbər verir ki, Gəncədəki Heydər Əliyev Mərkəzində keçirilən açıq dərsdən əvvəl şagirdlər burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən guşələrə, eləcə də fotoşəkillərə baxıblar.
Şəhərin 1, 2, 3, 4, 5 və 6 nömrəli orta məktəb şagirdlərinin iştirak etdikləri açıq dərsdə Gəncə şəhər Təhsil İdarəsinin nəzdindəki metodiki mərkəzin müdiri Zöhrab Hacıyev, 12 nömrəli orta məktəbin direktor müavini Sevda Həsənova və 8 nömrəli orta məktəbin tarix müəllimi Sevinc Əsgərova “Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarı və qurucusudur”, “Heydər Əliyev və iqtisadi inkişaf”, “Ulu öndər Heydər Əliyevin neft strategiyası” mövzularında çıxış edərək, Ulu Öndərin gördüyü işlər barədə geniş məlumat veriblər. Bildirilib ki, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan qısa vaxtda böhrandan inkişaf yoluna çıxdı. Bu gün Prezident İlham Əliyev Ulu Öndərin kursunu layiqincə davam etdirir və müstəqil Azərbaycanın dünya ölkələri arasında nüfuzunu daha da möhkəmləndirir.
Açıq dərsin sonunda Heydər Əliyevin mənalı və şərəfli ömür yolundan bəhs edən videoçarx nümayiş etdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gence_mekteblileri_Ulu_Onderin_irsinin_oyrenilmesine_boyuk_maraq_gosterirler-844358

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR