İŞİD-ə qarşı çöllük ərazidə əməliyyat başladı

İraqda və Suriyada əllərindəki bütün şəhərləri, kəndləri itirən İŞİD terror təşkilatına İraq torpaqlarında sonuncu zərbə vurulur.

Metbuat.az-ın məlumatına görə, ordu qüvvələri Fərat çayının şimalından Təlafirə qədər böyük çöllük ərazidə hücuma keçib. Məlumatda bildirilir ki, qatil sürüsü əllərindəki bütün torpaqları itirdikdən sonra çöllükdə gizlənməyə yer axtarır. İraq ordusu əməliyyata Haşdi-Şabi əsgərlərinin də qatıldığını bildirib.

Terrorçuların radiosu 24 saatdır fəaliyyət göstərmir. Onlayn yayımlanan bütün media orqanlarında sükut hökm sürür. Bir qrup haker ötən həftə İŞİD-in bütün təbliğat kanallarına qarşı müharibəyə başlamışdı.

Digər bir məlumata görə, İraq kəşfiyyatı İŞİD-in əsas üzvlərindən biri olan Əbu Həmzə əl Belçiki Tarık Cadini Bağdadda ələ keçirib.

Günay Elşadqızı / METBUAT.AZ

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR