Böyük Britaniyanın beynəlxalq ticarət naziri Azərbaycana gələcək

Böyük Britaniyanın beynəlxalq ticarət naziri Azərbaycana gələcək
16:27 23 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Tezliklə Böyük Britaniyanın beynəlxalq ticarət üzrə naziri Baronessa Rona Alison Feyrhed Azərbaycana səfər edəcək. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerol Kroft deyib.
Böyük Britaniyanın Baş Nazirinin ticarət elçisinin isə Azərbaycana səfərinin vaxtı hələ tam dəqiqləşməyib.
"Səfərlə bağlı tam dəqiq məlumat yoxdur. Amma ümid edirik ki, bu səfər gələn ilin əvvəlində baş tutacaq", - deyə səfir K.Kroft əlavə edib. 
.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/boyuk-britaniyanin-beynelxalq-ticaret-naziri-azerbaycana-gelecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR