SOCAR-da ISO/IEC 27001 informasiya təhlükəsizliyi beynəlxalq standartı üzrə kurs təşkil olunub

SOCAR-da ISO/IEC 27001 informasiya təhlükəsizliyi beynəlxalq standartı üzrə kurs təşkil olunub
18:18 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təlim, tədris və sertifikatlaşdırma idarəsində ISO/IEC 27001 informasiya təhlükəsizliyi beynəlxalq standartı üzrə kurs təşkil olunub.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şirkətin idarə, təşkilat və müəssisələrində informasiya təhlükəsizliyinin təkmilləşdirilməsi, vahid sistemə daxil edilməsi, nəzarətin gücləndirilməsi istiqamətlərində fəaliyyətin intensivləşdirilməsi daim diqqət mərkəzindədir. Bu məqsədlə 6-7 aprel tarixlərində təlim, tədris və sertifikatlaşdırma idarəsində şirkətin idarə və təşkilatlarından dəvət olunan 14 nəfərlik qrup üçün ISO/IEC 27001 informasiya təhlükəsizliyi beynəlxalq standartı üzrə kurs keçirilib.
Kurs müddətində iştirakçılara ISO/IEC 27001 idarəetmə standartının mahiyyəti, üstünlükləri, maddələri və müəssisədə tətbiqi nəzəri və praktiki olaraq tədris olunub. Beynəlxalq kursu bitirən dinləyicilər öz müəssisələrində ISO/IEC 27001 standartının tətbiq olunmasında fəal iştirak edəcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/SOCAR_da_ISO_IEC_27001_informasiya_tehlukesizliyi_beynelxalq_standarti_uzre_kurs_teskil_olunub-844363

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR