SOCAR-da Natiq Əliyev anılıb

SOCAR-da Natiq Əliyev anılıb
16:42 23 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində sabiq energetika naziri, mərhum Natiq Əliyevin anadan olmasının 70-ci ildönümü ilə bağlı tədbir keçirilib.
"Report" xəbər verir ki, tədbiri açan SOCAR-ın prezidenti Rövnəq Abdullayev Natiq Əliyevin Azərbaycanın neft-qaz sənayesindəki uğurlu xidmətlərindən danışıb, "Əsrin müqaviləsi" və daha sonra bir çox neft-qaz müqaviləsində onun xüsusi rolunu qeyd edib: "Azərbaycanın neft sənayesində Natiq Əliyevin həmişə izi qalacaq. Azərbaycan neftçiləri onu unutmayacaq".
Sonra tədbir iştirakçıları “CBC” telekanalında Natiq Əliyevə həsr edilən sənədli filmə baxıblar.
Tədbirdə çıxış edən SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə mərhumla bağlı xatirələrini bölüşüb, onun uğurlu fəaliyyətindən danışıb. O bildirib ki, “Əsrin müqaviləsi”ndən başqa sonra imzalanmış 34 müqavilənin hər birində onun böyük əməyi var: “Bu müqavilələrin 24-ü onun Dövlət Neft Şirkətinə rəhbərlik etdiyi dövrdə imzalanıb. O, daim sadə, səmimi və mehriban bir insan kimi xatirələrdə qalacaq. Sadəlik onun həyat tərzi idi”.
Daha sonra Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov uzun müddət bərabər çalışdığı Natiq Əliyevlə bağlı xatirələrini bölüşüb.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-da-natiq-eliyev-anilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR