UEFA prezidenti DÇ-2018-də videotəkrar sisteminin tətbiqinin əleyhinədir

UEFA prezidenti DÇ-2018-də videotəkrar sisteminin tətbiqinin əleyhinədir
17:02 23 Noyabr 2017
59 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ UEFA prezidenti Aleksander Çeferin 2018-ci il dünya çempionatında videotəkrar sisteminin tətbiqinin əleyhinə olduğunu açıqlayıb. “Report” “La Republica”ya istinadən xəbər verir ki, 50 yaşlı sloveniyalı funksioner qitə futbol qurumunun bu yenilikdən yararlanmağı planlaşdırmadığını söyləyib.
"Bu, həddən artıqdır. Bilirəm, geriyə qayıtmayacağıq. Amma bu mövzuya gəldikdə, bir az mühafizəkaram. Hakim hakim olaraq qalmalıdır. Bu, qərarları robotun ixtiyarına buraxmaq kimi bir şeydir”, - deyə Çeferin bildirib.
Qeyd edək ki, 2018-ci il dünya çempionatı 14 iyun – 15 iyulda Rusiyada keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/uefa-prezidenti-dc-2018-de-videotekrar-sisteminin-tetbiqinin-eleyhinedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR