Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməsi ilə bağlı müqavilə imzalanıb

Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməsi ilə bağlı müqavilə imzalanıb
18:22 7 Aprel 2015
41 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 7 aprel. REPORT.AZ/ Bu gün Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməsi ilə bağlı müqavilə imzalanıb. "Report"un məlumatına görə, imzalanma mərasimi "Fairmont" otelində keçirilib.
Tədbirdə İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti, Səudiyyə Ərəbistanının gənclər və idman naziri, Səudiyyə Ərəbistanının Olimpiya Komitəsinin prezidenti, şahzadə Abdullah bin Mosaad bin Əbduləziz əl-Səud, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və gənclər və idman naziri Azad Rəhimov iştirak edib.
Qeyd edək ki, 2013-cü ilin iyulunda Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyasında Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etmək hüququ barədə qərar qəbul olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/azerbaycanin-iv-i-slam-hemreyliyi-oyunlari

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR