Əli Məsimli: "Azərbaycanda ehtiyac meyarı yaşayış minimumunun 68%-nə düşüb və artırılmır"

Əli Məsimli: "Azərbaycanda ehtiyac meyarı yaşayış minimumunun 68%-nə düşüb və artırılmır"
17:12 23 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ "2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsinə əsasən, gələn il Azərbaycanda ehtiyac meyarının 116 manat məbləğində saxlanılması nəzərdə tutulub.
"Report" xəbər verir ki, bu barədə danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bildirib ki, ehtiyac meyarının yaşayış minimumuna çatdırlması ilə bağlı illərdir fikirlər səslənsə də, buna nail olunmayıb.
"Ehtiyac meyarı yaşayış minimumunun 68%-nə düşüb və artırılmır. Buna səbəb odur ki, ehtiyac meyarının artımı ilə ünvanlı sosial yardım alanların sayı arta bilər", - deyə o, qeyd edib. 
Deputatın sözlərinə görə, ehtiyac meyarının hesablanmasında müasir metodologiyadan istifadə olunmalıdır: "Bu hesablamada bazardakı proseslər, inflyasiya nəzərə alınmalıdır. Azərbaycanda yoxsulluğun rəsmi səviyyəsi 5-6% olsa da, aylıq gəliri 173 manatdan az olan əhalinin xüsusi çəkisi daha çoxdur. Minimum istehlak səbətinin 3 ildən bir hesablaması düzgün deyil".
İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova isə bildirib ki, istehlak səbəti ərzaq səbəti enerji dəyəri ilə ölçülür: "Be, beynəlxalq səviyyədə 2 300 kkaloridir. Azərbaycanda isə bu göstərici daha çox - 2 420 kkaloridir".
Onun sözlərinə görə, hazırki yaşayış minumumu ən optimal rəqəmdir: "Azərbaycanda yaşayış minumumu adambaşına təsdiq olunur. Hazırda ölkədə orta ailə tərkibi 4,7 nəfər təşkil edir. Buna görə də yaşayış minumumunu aliə başına cəmləsək bir ailəyə 813 manat vəsait düşür. Bu vəsaitlə də ailənin yaşaması mümkündür. Biz yaşayış minumumunu daha çox artırmaq istərdik. Bu, bizim məqsədimizdir. Lakin həm metodika, həm də hazırki imkanlar çərçivəsində bu tövsiyyə olunub". 
Spiker Oqtay Əsədov da yaşayış minimumunun artırılmasını təklif edən deputatlara cavab olaraq bunun onların da məqsədi olduqlarını deyib: "Biz də istərdik yaşayış minimumu artsın. Bu istiqamətdə işlər gedir."
Parlament büdcə zərfinin müzakirəsindən sonra təkliflərin dəyərləndirilməsi üçün dekabrın 1-nə qədər hökumətə vaxt verib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/eli-mesimli-azerbaycanda-ehtiyac-meyari-yasayis-minimumunun-68-ne-dusub-ve-artirilmir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR