Qlobal istiləşmə nəticəsində Arktikada canlıların 97 faizi məhv ola bilər

Qlobal istiləşmə nəticəsində Arktikada canlıların 97 faizi məhv ola bilər
19:23 7 Aprel 2015
180 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Ekspertlər iqlimlə bağlı tədqiqatlar apararaq müəyyən ediblər ki, Arktikada yaşayan 201 növ heyvan və canlının yaşadığı mühitin qlobal istiləşmə ilə bağlı məruz qalacağı dəyişikliklər nəticəsində bu növlərdən 195-i məhv ola bilər. Alimlər bu məlumatı “Climatic Change” jurnalında dərc ediblər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bir qrup alim ətraf mühitdə iqlimin dəyişmələrinin bir neçə modelini yaradıb. Qlobal istiləşmə baş verəcəyi halda hazırda soyuq Arktikada yaşayan 160 növə yaxın quşun və 40 növ məməlinin məhv olması ehtimalı çox yüksəkdir.
Bu rəqəmlər faiz ekvivalentində 97 faizə bərabərdir. Şimali Kanadada yaşayan karibu maralı, samur, ondatra, Amerika tundrasında yayılmış qu quşu və ağbaş qaz kimi canlıların yaşadığı mühitə daha ciddi ziyan dəyəcəyi gözlənilir.
İqlim üzrə mütəxəssislər bildirilər ki, onların əldə etdiyi nəticələr dəqiq deyil və bu sahədə işlərin davam etdirilməsi tələb olunur. Lakin bu cür ilkin nəticələr də bütün dünya alimlərinin narahat olması üçün əsas verir.
Alimlər bildirirlər ki, bu mənzərə çox kədərlidir və qlobal iqlim dəyişmələri üzrə yeni araşdırmalar aparılmasını tələb edir. İqlim mütəxəssisləri sübut ediblər ki, qlobal istiləşmə səbəbindən tundradakı göllər kütləvi şəkildə qurumağa başlayıb. Mütəxəssislərin gəldiyi bu nəticə son onilliklərdə peyklər vasitəsilə çəkilmiş fotoşəkillərin təhlilinə əsaslanır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qlobal_istilesme_neticesinde_Arktikada_canlilarin_97_faizi_mehv_ola_biler-844364

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR