İHİF prezidenti: "Azərbaycanda yüksək keyfiyyətə malik idman obyektləri mövcuddur"

İHİF prezidenti: "Azərbaycanda yüksək keyfiyyətə malik idman obyektləri mövcuddur"
19:27 7 Aprel 2015
57 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 7 aprel. REPORT.AZ/ "Biz sevinirik ki, bu cür müqavilə imzaladıq. Bu səbəbdən Azərbaycan hökumətinə təşəkkür edirəm". "Report"un məlumatına görə, bu sözləri Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməsi ilə bağlı bu gün keçirilən müqavilənin imzalanması mərasimində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) prezidenti, Səudiyyə Ərəbistanının gənclər və idman naziri, Səudiyyə Ərəbistanının Olimpiya Komitəsinin prezidenti, şahzadə Abdullah bin Mosaad bin Əbduləziz əl-Səud deyib.
Şahzadə bu yarışın ən böyük idman oyunlarından olacağını bildirib: "Biz birgə əməkdaşlıq nəticəsində bu oyunlara ev sahibliyi edəcəyik. Bu ən böyük idman oyunlarından biri olacaq. Bizim öhdəmizə çətin vaxtlarda əməkdaşlıq etmək düşür. İslam Oyunları Həmrəylik Federasiyası bu yarışların uğurlu olması üçün öz səylərini əsirgəməyəcək".
"Əlimizdən gələni edəcəyik ki, oyunlar yüksək səviyyədə keçirilsin" - Abdullah bin Mosaad bin Əbduləziz əl-Səud bildirib.
İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti İslam Oyunlarının bu ölkələr arasındakı münasibəti yeni müstəviyə daşıyacağını da qeyd edib: "Əlbəttə, belə böyük bir tədbirin təşkilindən söhbət gedirsə, bir-birimizlə münasibətimiz daha sıx olacaq və yaxşı anlayacağıq. Bu oyunlar bizim üçün bir-birimizi daha yaxşı öyrənmək və dəyərlərimizi bölüşmək imkanıdır".
Şahzadə İslam Oyunları zamanı Bakıda əlavə idman obyektlərinə ehtiyac olmayacağını da deyib. Onun sözlərinə görə, Azərbaycanda yüksək keyfiyyətə malik idman obyektləri mövcuddur.

Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/azerbaycanda-yuksek-keyfiyyete-malik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR