Elnur Hüseynov: "Xoşbəxtliyimiz üçün mübarizə aparmalıyıq"

Elnur Hüseynov: "Xoşbəxtliyimiz üçün mübarizə aparmalıyıq"
18:27 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Bu il “Eurovision-2015” mahnı müsabiqəsində Azərbaycanı ikinci dəfə təmsil edəcək Elnur Hüseynov yarışmanın rəsmi saytına maraqlı açıqlama verib. Musavat.com xəbər verir ki, onun sözlərinə görə, “Eurovision” mahnı müsabiqəsi özünü solo müğənni kimi təqdim etmək üçün böyük şansdır:

“Bu müsabiqənin səhnəsində artıq ikinci dəfədir ki, ölkəmizi təmsil edəcəm. Şouda heyranedici səhnə təqdimatı olacaq. Bununla bağlı çoxlu ideyalarımız var. Odur ki, “Eurovision-2015”də məxsusi bir performans görəcəksiniz”.

Elnur Hüseynov ölkəmizi təmsil edəcək mahnısından da danışıb: “Builki mahnımıza inanıram, onda çox güclü mesajlar var. Mahnının sözlərində “hər bir qəlb mübarizə etməyə layiqdir” deyildiyi kimi, biz heç vaxt təslim olmamalı, xoşbəxtliyimiz üçün mübarizə aparmalıyıq”.

Xatırladaq ki, Elnur Hüseynov müsabiqədə “Hour Of The Wolf” mahnısını ifa edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/333315.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR