"Polatyol" komandasının ABL Cup 2017/18 turnirində nailiyyətləri

"Polatyol" komandasının ABL Cup 2017/18 turnirində nailiyyətləri
17:37 23 Noyabr 2017
55 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan şirkətləri arasında keçirilən mini-futbol üzrə AZFAR Business League - ABL Cup 2017/18 korporativ turniri davam edir. Belə miqyasda və formatda çempionat Azərbaycanda ilk dəfə olaraq "Azfar Group" şirkətinin futbol meydanlarında keçirilir. Çempionatın siması Azərbaycan yığması və "Qarabağ" futbol klubunun oyunçusu Riçard Almeydadır. Təşkilatçı - ASEP (AZFAR SPORT EVENT & PROMOTION).

"Polat Yol Yapı Sanayi ve Ticaret A.Ş."nin Azərbaycan Respublikasındakı filialını təmsil edən "Polatyol" komandası bu yarışmaya qatılmaqla çox böyük təcrübə qazanmışdır.  Komandanın oyunçuları və eləcə də baş məşqçisi yarışın elan olunduğu vaxtdan etibarən mütəmadi olaraq təlim məşq toplanışları keçirir və yeni taktiki üsullarla qalib gəlməyin yollarını axtarırlar.

Komandanın oyunçu heyətinin formalaşmasında şirkətin rəhbəri Aydın Polat və şirkətin filial müdiri Zafer Özkökün ciddi səyləri olmuşdur.

Komandanın müdafiə xəttini qoruyan Fərid Yaqubov,Cavanşir Novruzov,Azər Şəmiyev və Fəxri Qocayev məşqçinin göstərişlərinə riayət edərək sanki "keçilməz divar" formalaşdıra biliblər.

Komandada ən önəmli mövqelərdən olan orta sahədə isə daha çox nəzərə çarpan Mehman Eminovdur.O sanki komandanın düşünən beynidir.

Hücuma meylli və eləcə də hücumçu mövqelərində isə komandanın kapitanı Fərid Əzizov,Şirin Kərimov, Orxan Həsənov, Aleksandr Mehdiyev və Elsevər Abbaslı çıxış edir.Hücumçuların sürətləri və zərbələri də diqqətdən yayınmır.

Komandada ən əsas yerlərdən birini qapıçı mövqeyi tutur ki,burada da Vüsal Yaqubov öz işinin öhdəsindən yüksək səviyyədə gəlir. Ehtiyat qapıçı Mirkənan Qurbanlı isə komandanın ən gənc üzvüdür və zamanla oyunlara daxil olur.

Komandanın qarşısına qoyduğu əsas məqsəd tam alicənab və mədəni futbol nümayiş etdirərək həm gənclərin,həm təşkilatçıların və həm də şirkət rəhbərliyinin etimadını doğrultmaq və çempionatda ilk 5 yerdə olmaqdır.

Komanda olaraq hər kəsə uğurlar arzulayır və layiq olanın çempion olmağını arzu edirik.

Qeyd edək ki, play-off mərhələsinin oyunları 25-26 noyabr tarixlərində başlayacaq.

Çempionatın rəsmi saytı olan www.abl.az, üçüncü turun oyunlarının nəticələri, qrupdaki xal durumu, foto və video materialları görə bilərsiniz.

Daha ətraflı https://www.facebook.com/ablcup/

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az, Dsport.az, ATV

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/602023.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR