Play Store

Pis ayaq qoxusunun qarşısını alan - Sadə üsul

Bəzi insanların ayaqlarından həddindən artıq pis qoxu gəlir.

Metbuat.az xəbər verir ki, buna göbəlik, treoid vəzi xəstəlikləri, hormonal dəyişikliklər və s. səbəb ola bilər.

Əgər ayaqlarınızda pis qoxu varsa, təqdim edəcəyimiz üsullardan yararlana bilərsiniz.

Ən sadə üsullardan biri sodalı sudur. İlıq suyun içərisinə bir miqdar duz və soda əlavə edin. Ayaqlarınızı bu qarışığın içərisində saxlayın. Digər üsula görə, bir stəkan suyu qaba boşaldın. İçərisinə yarım çay stəkanı qara çay əlavə edin, ayaqlarınızı içərisində 20 dəqiqə saxlayın. 10 gün ərzində bu prosesi təkrarlayın.

Məsləhət gördüyümüz digər üsul isə sirkəli sudur. 5 stəkan suyu qabın içərisinə əlavə edin, 6 şorba qaşığı sirkə tökün. 20 dəqiqə ayağınızı bu suda saxlayın.

Müsbət nəticə əldə etmək üçün hər gün tətbiq etməlisiniz.

Aysel Yaqubqızı / Metbuat.az

Öskürək zamanı bu çaydan için - XALQ TƏBABƏTİ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR