Play Store

Nazirin açıqlaması ölkəni hiddətləndirdi - “Xərçəng xəstəliyi...”

Hindistanın Assam ştatının səhiyyə naziri Himanta Bisva Sarma, xərçəngin insanın keçmişdəki günahlarına görə verilən ilahi ədalət olduğunu deyib.

Metbuat.az-ın məlumatına görə, nazirin bu açıqlaması bütün ölkədə sərt reaksiyaya səbəb olub. Xərçəng xəstələri və yaxınları nazirin sözlərinə görə çox kədərləndiklərini deyiblər. Müxalifət partiyaları isə Sarmanın, bu fikrinə görə ictimaiyyətdən üzr istəməsini tələb edib.

“Bütün Hindistan Birləşmiş Demokratik Cəbhəsi” Sarmanın bu sözləri əyalətdə xərçəngin yayılmasına nəzarət edə bilməməsi və müvəffəqiyyətsizliyini örtmək üçün dediyini bildirib. İqtidardakı “Bharatiya Janata Partiyası”nın üzvü olan Sarma isə daha sonra Tvitter-də üzr istəyib. Ancaq onun etirazlara əhəmiyyət verməməsi insanları daha da qəzəbləndirib.

O, üzr mesajında yazıb: “Mən xərçəngdən danışdım? Yalnız yeni başlayan müəllimlərə kasıblar üçün səmimiyyətlə işləməyin lazım olduğunu söylədim. Bu məzmunda dedim ki, əgər biz səmimiyyətlə çalışmasaq, günahımıza görə növbəti həyatımızda əziyyət çəkəcəyik. Bunun nəyi nigaran qalmamaqdır ki?”

Hindistan Tibbi Tədqiqat Şurasının açıqlamasında deyilir ki, insanların yoxlanmaması səbəbindən əhalinin sadəcə 12,5%-i xərçəng xəstəliyinin ilkin mərhələsində müalicə olunur.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR