Tələbələr Paris Sorbon Universitetində “Mədəni mübadilə” adlı festivalda iştirak edəcəklər

Tələbələr Paris Sorbon Universitetində “Mədəni mübadilə” adlı festivalda iştirak edəcəklər
18:28 7 Aprel 2015
35 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri Fransanın Paris Sorbon Universitetində keçiriləcək “Mədəni mübadilə” adlı festivalda iştirak edəcəklər.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, aprelin 7-dən 14-dək keçiriləcək səfərin məqsədi universitetlərarası əlaqələr nəticəsində tələbə şəbəkəsinin genişləndirilməsi, ölkələrarası mədəni əlaqələrin gücləndirilməsi, zəngin tarixə malik mədəni irsimizin dünyaya tanıdılması, bununla yanaşı ölkənin xarici siyasətinin əsas prioritet istiqaməti olan Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolunu qeyd etməkdir. Bu səfər həm də tələbələrin dil bacarıqlarının inkişafına müsbət təsir göstərəcək.
2015-ci ildə ADU və Paris Sorbon Universiteti arasında imzalanan müqaviləyə əsasən rəhbərlik tərəfindən universitetin rəqs etmə, mahnı oxuma bacarıqları yüksək olan tələbələrı arasından seçilən doqquz gənc Paris Sorbon Universitetinə göndəriləcək. Həmçinin Paris Sorbon Universitetində təhsil alan tələbələrin də “Bakı 2015” ilk Avropa Oyunları zamanı Azərbaycana gələcəkləri gözlənilir.
Festivalda tələbələr milli geyimdə “Azərbaycan”, “Sarı gəlin”, “Payız gəldi”, Bethovenin “Himn”, “Les Champs Elysees” (Joe Dassen) mahnılarını, “Qaval”, “Yallı” rəqslərini ifa edəcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Telebeler_Paris_Sorbon_Universitetinde_Medeni_mubadile_adli_festivalda_istirak_edecekler-844367

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR