"Survivor"ın qalibi həbs oluna bilər - Millətini söyüb...

"Survivor"ın qalibi həbs oluna bilər - Millətini söyüb...
18:12 23 Noyabr 2017
81 Dünya
Ölkə mətbuatı
A- A+

"Survivor" yarışmasının qalibi, "Avatar" ləqəbli idmançı Çağan Atakan Arslan həbs oluna bilər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, idmançının bir müddət əvvəl sosial şəbəkədə video paylaşaraq türk millətini təhqir etdiyi iddia olunub. 

Bakırköy Cümhuriyyət prokuroru Yaşar Tanrının hazırladığı iddianamədə Atakanın 6 aydan 2 ilə kimi həbsi tələb olunub:

"28 yaşlı Çağan Atakan Arslan sosial mediada 2016-ci ildə video paylaşıb.  Həmin paylaşım 12 iyun tarixində özəl bir televiziyada da yayımlandı. Sözügedən görüntülərdə Murad adlı şəxsin Atakanla bağlı reportaj hazırlayıb. 

Sujetin sonunda Muradın "Türk xalqına başqa nəsə deyəcəyiniz bir şey var?" sualına "hamısının...." idmançı deyərək tamaşaçıları təhqir edib. Bu ifadələr türk millətini, Türkiyə Cümhuriyyətini alçatmaqdır".  

Cinayət işinin açılması ilə bağlı Ədalət naziri Abdulhamit Gülə müraciət olunub. Müraciətə nazir 16 oktyabr tarixində icazə verilib və məşhur idmançıya cinayət işi açılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/601957.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR